OECD ölkələrində kommersiya neft ehtiyatları azalıb

OECD ölkələrində kommersiya neft ehtiyatları azalıb

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neftin və neft məhsullarının kommersiya ehtiyatları ötən ilin dekabrda noyabr ayı ilə müqayisədə 22,6 mln. barel azalaraq 2 767 mln. barelə enib.

"Birxeber.Az-Economics"in Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən verdiyi məlumata görə, OECD ölkələrində neftin kommersiya ehtiyatları dekabr ayının yekunlarına görə 2 767 mln. barel təşkil edib, bu da öncəki göstəricidən 22,6 mln. barel azdır. Bununla yanaşı, qeyd olunan göstərici son beşillik ortalama göstəricidən 80 mln. barel, 2015-2019-cu illərin ortalama səviyyəsindən isə 159 mln. barel aşağıdır.

Qeyd edək ki, qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik (2015-2019-cu illər) səviyyəyə çatdırılması əvvəlcədən "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyən edilib.