Nyu-York metrosunda atışma olub, ölən və yaralananlar var

Nyu-York metrosunda atışma olub, ölən və yaralananlar var

ABŞ-nin Nyu-York şəhər metrosunun qatarında atışma nəticəsində bir yeniyetmə ölüb.

“Report” xəbər verir ki, bu barədə bazar ertəsi “The New York Post” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə zamanı 12-17 yaşlarında daha beş nəfər xəsarət alıb.

Hadisənin başvermə səbəbi hələ məlum deyil. İnsident bazar ertəsi yerli vaxtla saat 16:40 radələrində (Bakı vaxtı ilə çərşənbə axşamı, saat 01:40) Bronks ərazisində baş verib.

Hadisə şahidləri bildiriblər ki, 10-dan çox atəş səsi eşidiblər.