KİV: Beynəlxalq Cinayət Məhkəməsi Netanyahunun həbsinə order verə bilər

KİV: Beynəlxalq Cinayət Məhkəməsi Netanyahunun həbsinə order verə bilər

Beynəlxalq Cinayət Məhkəməsi Benyamin Netanyahu da daxil olmaqla, İsrail hakimiyyətində təmsil olunan bəzi şəxslərin həbsinə qərar verə bilər.

Birxeber.Az-nın məlumatına görə, bu iddia ilə “Bloomberg” çıxış edib.

Nəşr yazır ki, bu addım Qəzza sektorunda sülhə nail olunması yolunda ciddi maneə yaratmaqla yanaşı, əldə olunacaq potensial atəşkəs razılaşmasının icrasını mümkünsüz edəcək.

Müəllifin qənaətincə, hazırda rəsmi Vaşinqton məhz bu səbəbdən İsrail tərəfinin danışıqlardan imtina edəcəyindən ehtiyatlanır.

Ötən gün Ağ Evin mətbuat katibi Karin Jan-Pyer mətbuata açıqlamasında ölkəsinin bu addımı dəstəkləmədiyini bəyan edib.

İddialara görə, B.Netanyahu ABŞ prezidenti Co Baydenə zəng edərək, bu qərarın icrasını dayandırmaqda dəstək verilməsini xahiş edib.