FHN Yevlaxdakı yol qəzası ilə bağlı məlumat yayıb - FOTO - YENİLƏNİB

FHN Yevlaxdakı yol qəzası ilə bağlı məlumat yayıb - FOTO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yevlax rayonu, Qoyunbinəsi kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verdiyi və vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə avtomobillərdə köməksiz vəziyyətdə qalan vətəndaşlar 1953-cü il təvəllüdlü Məmmədova Rahilə Qoç qızı, 1978-ci il təvəllüdlü Qənbərov Çingiz Aslan oğlu, 1987-ci il təvəllüdlü Səfərova Nərmin Abbas qızı, 1988-ci il təvəllüdlü Rəhimov Qurban Elşad oğlu, 2013-cü il təvəllüdlü Rəhimzadə Nurgül Qurban qızı, 2015-ci il təvəllüdlü Rəhimli Əli Qurban oğluna xilas edilərək təcili tibbi yardım briqadasına təhvil veriliblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

Saat 19:17

Yevlaxda ikisi azyaşlı olmaqla, 7 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə rayonun Qoyunbinəsi kəndində qeydə alınıb. İki "Mercedes Benz" minik avtomobilinin toqquşub. Nəticədə hər iki avtomobildə olan sərnişinlər və sürücülər xəsarət alıblar.

Xəsarət alan şəxslər 1978-ci il təvəllüdlü Qənbərov Çingiz, 1953-cü il təvəllüdlü Məmmədova Rahilə, 1987-ci il təvəllüdlü Səfərova Nərmin, 1988-ci il təvəllüdlü Qurban Rəhimov, 2015-ci il təvəllüdlü Ə.Rəhimli, 2013-cü il təvəllüdlü N.Rəhimzadə və hələlik şəxsiyyəti məlum olmayan bir nəfər Yevlax rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır