Prezident İlham Əliyev Rumıniyaya rəsmi səfərə dəvət olunub

Prezident İlham Əliyev Rumıniyaya rəsmi səfərə dəvət olunub

Prezident İlham Əliyev Rumıniyaya rəsmi səfərə dəvət olunub.

APA xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Klaus Verner İohannisin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda qeyd olunub.

“Bu fürsətdən istifadə edərək Zati-alinizi ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirmək məqsədilə bu il Rumıniyaya rəsmi səfərə dəvət edirəm", - deyə təbrik məktubunda deyilir.