Biləsuvarda qızılcaya qarşı peyvəndləmə işləri davam edir 

Biləsuvarda qızılcaya qarşı peyvəndləmə işləri davam edir 

Biləsuvar rayonunda qızılca virusuna qarşı peyvəndləmə işləri davam edir.

"Report"un Muğan bürosunun məlumatına görə, ötən iki ay ərzində (dekabr və yanvar) 541 azyaşlı bu virusa qarşı peyvənd olunub.

Biləsuvar rayonunda dekabr ayında 19, yanvar ayında isə 7 nəfər bu virusa yoluxub.

Fevral ayında isə hələlik yoluxma qeydə alınmayıb.