Qazaxıstanın “Satti” qazma qurğusu Azərbaycanı tərk edəcək

Qazaxıstanın “Satti” qazma qurğusu Azərbaycanı tərk edəcək

Bu ilin ikinci yarısında Qazaxıstanın “Satti” özüqalxan qazma qurğusu Azərbaycanı tərk edəcək və Xəzərin Türkmənistan sektorunda aparılacaq işlərə cəlb olunacaq.

Bu barədə “APA-Economics" neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

Qeyd edək ki, 2019-cu ilin fevralında əsas payı SOCAR-a məxsus olan "Caspian Drilling Company" (CDC) şirkəti və Qazaxıstanın "KazMunayGas" milli şirkətinin törəməsi olan "KMG Drilling & Services" arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Satti" qurğusu vasitəsilə quyuların qazılmasına dair müqavilə imzalanıb.

Mənbənin sözlərinə görə, “Satti” qurğusu üzərində tənizləyisi qurğusunun quraşsırılmasında sonar Azərbaycanı tərk etməli, ondan sonra isə Türkmənistanda beşillik müqavilə çərçivəsində işləmək üçün Qazaxıstana modifikasiya və yenilənmədən keçməli idi.

“Lakin qərara gəlindi ki, qazma qurğusunun modifikasiyası Azərbaycanda "Caspian Drilling Company" (CDC) şirkətinin bazasında aparılsın”, - mənbə qeyd edib.

Mənbə bildirib ki, qazma qurğusunda işlər bir neçə ay davam edəcək və cari ilin iyunundan sonra qurğu Azərbaycanı tərk edəcək.

Xatırladaq ki, öncə "Satti" vasitəsilə Abşeron yarımadası ətrafında dayazsulu hissədə (AYDH) üç geoloji-kəşfiyyat quyusu qazılıb, lakin qeyd olunan ərazidə rentabelli (iqtisadi cəhətdən səmərəli - red.) göstəricilər əldə edilməyib.