“ADY Ekspress” yükdaşımanı 31 % artırıb

“ADY Ekspress” yükdaşımanı 31 % artırıb

Bu ilin yanvar ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi - “ADY Ekspress” MMC ötən ilin eyni dövrü ilə müqayisədə 31 % çox - 453 621 ton yük daşıyıb.

“Report” bu barədə “ADY Ekspress”ə istinadən xəbər verir.

Artım həm tranzit, həm də idxal-ixrac yüklərində olub. Məsələn, ötən ay 280 min 838 ton tranzit daşıması olub ki, bu da 1 il əvvələ nisbətən 17 % çoxdur.

"Tranzit yüklərin əsas hissəsi Azərbaycan ərazisindən keçən Orta Dəhliz vasitəsi ilə daşınıb. Orta Dəhliz artıq Şərq və Qərb arasında beynəlxalq daşımalarda əsas tranzit miarşrutlardan birinə çevrilir. Bu dəhliz Çin və Mərkəzi Asiya ölkələrindən Avropaya və əks istiqamətdə yüklərin sürətli və səmərəli daşınmasını təmin edərək, Azərbaycanı bu marşrut üzrə əsas tranzit qovşağına çevirir", - deyə məlumatda qeyd olunub.