Texasda kilsədə atəş açılıb, ölən və yaralananlar var

Texasda kilsədə atəş açılıb, ölən və yaralananlar var

ABŞ-nin Texas ştatının ən böyük şəhəri Hyustonda kilsədə atəş açılması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

“Report” “ABC13 Houston”a istinadən xəbər verir ki, olay ibadət zamanı baş verib.

Telekanalın məlumatına görə, təqribən 30 yaşlı qadın kilsəyə daxil olan kimi atəş açmağa başlayıb. Şübhəli şəxs plaşda, bel çantası ilə olub, eyni zamanda qadın binaya yaşı təxminən dörd-beş olan uşaqla birgə girib. Növbədə olmayan iki polis zabiti qadını zərərsizləşdirib. İnsident sonucunda qadının yanındakı uşaq da yaralanıb. Habelə insidentlə əlaqəsi olmayan 57 yaşlı kişi xəsarət alıb.

Şübhəli şəxs yıxılarkən bomba partladacağı ilə təhdid etsə də, sonradan onun üzərində heç bir partlayıcı maddə aşkarlanmayıb.