Bakıda gənc oğlanı avtomobil vurub

Bakıda gənc oğlanı avtomobil vurub

Bakının Xəzər rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, Mərdəkan qəsəbəsində yolu keçmək istəyən 1996-ci il təvəllüdlü Teymurov Elman İlqar oğlunu minik avtomobili vurub.

Qəza zamanı ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.