Qubada minik avtomobili ağaca çırpılıb, ölənlər var - YENİLƏNİB

Qubada minik avtomobili ağaca çırpılıb, ölənlər var - YENİLƏNİB

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, fevralın 11-i saat 18:45 radələrində Xaçmaz-Quba yolunun Barlı kəndi ərazisindən keçən hissəsində “Priora" markalı nəqliyyat vasitəsi ağaca dəyib.

Hadisə nəticəsində avtomobildə olan 5 nəfərdən 2-si ölüb, digər 3 nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

19:06

Qubada minik avtomobili ağaca çırpılıb, yaralananlar var.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Quba-Xaçmaz avtomobil yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Lada-Priora" markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində nəqliyyat vasitəsində olan 5 nəfər ağır xəsarətlər alıb.

Onlar Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda xəsarət alanlara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.