“Tasnim” agentliyi yaydığı məlumatı təkzib edib - YENİLƏNİB

“Tasnim” agentliyi yaydığı məlumatı təkzib edib - YENİLƏNİB

“Tasnim” agentliyinin İranın Pakistanla sərhəddə yerləşən Sistan və Bəlucistan əyalətində naməlum şəxslərin hücumu nəticəsində azı 9 Pakistan vətəndaşının öldürülməsi ilə bağlı dərc etdiyi məlumat səhvdir.

Bu barədə “Birxeber.Az” “Reuters”ə istinadən xəbər verir.

Belə ki, agentlik ötən ayın 27-də baş vermiş hadisəni bu gün yenidən saytında yayımlayıb.

Eyni zamanda “TASS” agentliyi də məlumatı redaktə edib.

13:39

İranın Pakistanla sərhəddə yerləşən Sistan və Bəlucistan əyalətində naməlum şəxslərin hücumu nəticəsində azı 9 Pakistan vətəndaşı ölüb, 3-ü yaralanıb.

Bu barədə “Birxeber.Az” "TASS"a istinadən xəbər verir.

Qeyd olunub ki, üç silahlı şəxs əcnəbi vətəndaşların evinə atəş açmağa başlayıb və sonra hadisə yerindən qaçıb. Polis araşdırmaya başlayıb.

Bu, Sistan və Bəlucistan əyalətində baş verən ilk belə hadisə deyil.

Yanvarın 27-də “Mehr” agentliyi naməlum şəxslərin silahlı hücumu nəticəsində orada 9 əcnəbinin həlak olduğunu bildirib. İranın sərhəd bölgələrində fəaliyyət göstərən qruplardan heç biri hələlik bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.