Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Oğuz rayonunda ağır yol qəzası baş verib.

“Birxeber.Az”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Oğuz-Şəki-Yevlax avtomobil yolunun rayonun Yaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəki rayon Qayabaşı kənd sakini, 1973-cü il təvəllüdlü Əzizov Elşən Ələfsər oğlunun idarə etdiyi “VAZ-2109” markalı avtomobil yol kənarındakı ağaca çırpılıb.

Nəticədə 1994-cü il təvəllüdlü Əzizov Eyvaz Fərman oğlu və 1994-cü il Orucov Vəli Bakir oğlu bədən xəsarətləri alıblar.

Yaralılar Oğuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.