​​​​​​​Seneqalda iğtişaşlar zamanı iki nəfər ölüb

​​​​​​​Seneqalda iğtişaşlar zamanı iki nəfər ölüb

Seneqalda iğtişaşlar zamanı iki nəfər ölüb.

"Report"un məlumatına görə, bu barədə "Agence France-Presse" yazıb.

Bundan əvvəl qeyd olunub ki, hüquq-mühafizə orqanları müxalifətin prezident seçkilərinin təxirə salınmasına qarşı keçirdiyi kütləvi nümayişləri dağıdıb. Etirazlar Dakarda və ölkənin digər şəhərlərində keçirilib. İndiki hakimiyyətin əleyhdarlarının çağırışı ilə gənclər küçələrə çıxaraq polislə toqquşublar. Nümayişçilər küçələri avtomobil təkərləri ilə bağlayaraq yandırıblar. Buna cavab olaraq polis gözyaşardıcı qaz qumbaralarından istifadə edib. Fəallar qısa müddətə saxlanılıb.

Artıq bir neçə gündür ki, müxalifət partiyaları sosial şəbəkələrdə tərəfdarlarını əvvəlcə fevralın 25-nə təyin edilmiş prezident seçkilərinin təxirə salınmasına qarşı nümayiş keçirməyə çağırır.