Niderlandın müdafiə naziri Ukraynaya hərbi dəstəyi məhdudlaşdırmamağa çağırıb

Niderlandın müdafiə naziri Ukraynaya hərbi dəstəyi məhdudlaşdırmamağa çağırıb

Ukraynaya hərbi dəstəkdə adi silah, hərbi hazırlıq və ehtiyat hissələri ilə bağlı məhdudiyyətləri olmamalıdır.

"Report"un məlumatına görə, bunu Niderlandın Müdafiə Nazirliyinin rəhbəri vəzifəsini icra edən Kaysa Ollonqren "Met het Oog op Morgen" radioproqramında deyib.

"Söhbət silahlardan, adi silahlardan, təlimlər və ehtiyat hissələrindən gedirsə, fikrimcə, heç bir sərhəd olmamalıdır", - o deyib.

Ollonqrenin sözlərinə görə, Ukraynanı dəstəkləməyə davam etmək vacibdir. “Düşünürəm ki, biz bunu necə edəcəyimizi öyrənmişik”, - nazir vəzifəsinin icraçısı bildirib: “Öz ehtiyatlarımızdan tədarüklə başladıq və indi bunu digər ölkələr və sənaye ilə əməkdaşlıq edirik, çünki biz də ehtiyatlarımızı qorumalıyıq".

Qeyd edək ki, 2024-cü il üçün Niderland büdcəsindən Ukraynaya dəstək üçün 2 milyard avro vəsait ayrılıb.