Yolun müəyyən olunmayan hissəsindən keçən piyadanı avtomobil vurub

Yolun müəyyən olunmayan hissəsindən keçən piyadanı avtomobil vurub

Yolun müəyyən olunmayan hissəsindən keçən piyadanı avtomobil vurub.

Bu barədə "Birxeber.Az"a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Belə ki, hadisə Bakı-Sumqayıt şosesində qeydə alınıb.

Qəza səbəbindən Xırdalan dairəsi istiqamətində sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün tədbirlər görülür.