Sankt-Peterburqda metallurgiya zavodunda terror aktının qarşısı alınıb

Sankt-Peterburqda metallurgiya zavodunda terror aktının qarşısı alınıb

Rusiyanın Sankt-Peterburq şəhərində metallurgiya zavodunda terror aktının qarşısı alınıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Shot yazıb.

Müəssisənin ərazisində 2 kq-a yaxın güclü partlayıcı maddə olan partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib.

Nəşrin məlumatına görə, Vsevolojsk alüminium ərintisi zavodunun qorunan ərazisində bir gün əvvəl şübhəli plastik torba aşkarlanıb. Naməlum şəxs cihazı anbar otağının yanına qoyub. Hadisə yerinə təcili xidmətlər cəlb olunub.

Mütəxəssislər bunun tetril, güclü partlayıcı olduğunu müəyyən ediblər.

Qurğunun tərkibində 1,7 kq-dan çox partlayıcı olub.

Qeyd edək ki, partalayıcı qurğunun aşkar olunduğu zavod Rusiyada təkrar emal edilmiş alüminium qutulardan ikinci dərəcəli alüminium ərintiləri istehsalı üzrə ən böyük müəssisələrdən biridir.