Azərbaycan Kubokunun 32 illik tarixində qol rekordu qeydə alınıb

Azərbaycan Kubokunun 32 illik tarixində qol rekordu qeydə alınıb

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində 32 qol vurulub.

"Birxeber.Az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, yarışın 32 illik tarixində mütləq rekorddur.

Bu raundda “Sabah” – “Qarabağ” (1:7, 4:3), “Sumqayıt” – “Neftçi” (2:3, 1:1), “Səbail” – “Zirə” (1:2, 0:3) və “Araz-Naxçıvan” – “Qəbələ” (1:1, 0:2) duelləri baş tutub.

Bununla da 1/4 final mərhələlərinin ən yüksək məhsuldarlığı qeydə alınıb.

Əvvəlki illərdə rekord 2015/16 mövsümündə reallaşmışdı. Həmin vaxt 4 cütdə 29 qol vurulmuşdu.

Həmin vaxt “Rəvan” “İnter”lə (2:1, 0:3), “Qarabağ” “Sumqayıt”la (2:0, 4:1), “Xəzər Lənkəran” “Neftçi” ilə (3:2, 0:2), “Zirə” “Qəbələ”ylə (1:2, 1:5) üz-üzə gəlib.