“Liverpul”un yeni baş məşqçisi ilə bağlı təfərrüatlar məlum olub

“Liverpul”un yeni baş məşqçisi ilə bağlı təfərrüatlar məlum olub

İngiltərənin “Liverpul” klubu artıq “Bayer” klubunun baş məşqçisi Xabi Alonso ilə Mersisayd klubunda analoji vəzifəyə təyin olunması ilə bağlı əlaqə saxlayıb.

"Birxeber.Az"un Fransanın "Footmercato" saytına istinadən verdiyi məlumata görə, tərəflər ilkin məsləhətləşmələr aparıblar.

42 yaşlı ispaniyalının keçmiş komandası üçün Leverkuzendən ayrılmağa hazır olub-olmadığı qeyd olunmur.

Xatırladaq ki, Alonso yanvarda cari mövsümün sonunda "Liverpul"dan ayrılacağını açıqlayan Yürgen Kloppun yerinə əsas namizədlərdən biri adlandırılır.

“Bayer” hazırda Bundesliqa turnir cədvəlinə başçılıq edir. Alonsonun komandası 20 matçdan sonra 52 xal toplayıb - 16 qələbə və dörd heç-heçə.

Hazırda Premyer Liqanın turnir cədvəlinə 51 oyundan 51 xalla "Liverpul" başçılıq edir.