Zelenski: "ATACMS raketlərinin tədarükü ilə bağlı ABŞ ilə razılığa gəlinməyib"

Zelenski: "ATACMS raketlərinin tədarükü ilə bağlı ABŞ ilə razılığa gəlinməyib"

Ukrayna ABŞ-nin uzaqmənzilli ATACMS raketlərinin tədarükü ilə bağlı razılıq əldə edə bilməyib.

Birxeber.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Konqresinin Nümayəndələr Palatasının nümayəndə heyəti ilə keçirdiyi görüşününü nəticələrindən danışarkən bildirib.

“Bu gün mən iki partiyalı konqresmen nümayəndə heyəti ilə görüşdüm. Silahlarımızın, xüsusən də 300 kilometrlik ATACMS-in atış məsafəsinin vacibliyini vurğuladım, bununla bağlı təəssüf ki, hələlik heç bir qərar yoxdur”, o, bildirib.

Bir müddət əvvəl Amerikanın “Foreign Affairs” jurnalı “Rusiya Ukraynanın irəliləyişini necə dayandırdı” başlıqlı məqaləsində Ukrayna Silahlı Qüvvələrinin uğursuzluğunu “silah çatışmazlığı” ilə əsaslandırmağı şübhəli adlandırmışdı.

Eyni zamanda, CNN qeyd edib ki, ABŞ-nin yardımının dayandırılması Ukrayna Silahlı Qüvvələrinin “uzaq mənzilli” imkanlarına təsir edəcək.