Şabranda avtomobillər toqquşub, xəsarət alanlar var

Şabranda avtomobillər toqquşub, xəsarət alanlar var

Şabran şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

"Birxeber.Az"un Şimal bürosunun məlumatına görə, hadisə şəhərin 4 yol adlanan ərazisində qeydə alınıb.

"Mercedes" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər - Məmmədova Nuray Nicat qızı, Məmmədova Yağmur Nicat qızı və Novruzova Gülayə Novruz qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.