Yunanıstanlı futbolçu: "Rəşad Sadıqov Azərbaycan futbolunun əfsanəsidir"

Yunanıstanlı futbolçu: "Rəşad Sadıqov Azərbaycan futbolunun əfsanəsidir"

"Buraya komandanın baş məşqçisi Rəşad Sadıqov sayəsində gəlmişəm. O, uzun illər Azərbaycan millisinin kapitanı olub və ölkə futbolunun əfsanəsidir. Sadıqovu Trayanos Dellasla müqayisə edə bilərəm".

"Birxeber"un məlumatına görə, bunu yunanıstanlı futbolçu Dmitrios Çantakias "Zirə"yə keçidi ilə bağlı "Gazzetta.gr" saytına müsahibəsində deyib.

27 yaşlı müdafiəçi Bolqarıstanın "Çerno More" klubunda çıxış edərkən 40 yaşlı mütəxəssisin onu izlədiyini xatırladıb: "Baş məşqçi birbaşa mənimlə əlaqə saxladı. Mənə güvənir və nə istədiyini izah edib. Bunu yaxşı qiymətləndirirəm. Premyer Liqanın VI turunda "Səbail"ə vurduğum qolu da məhz ona həsr etmişdim".

Çantakias paytaxt təmsilçisinin hədəflərindən söz açıb: "Gəldiyim andan avrokuboklarda oynamaq istəyirdik. İlk mövsümdə uğur qazana bilmədik. Amma ötən mövsüm çempionatda 3-cü olduq və ölkə kubokunun finalına yüksəldik. UEFA Konfrans Liqasının II təsnifat mərhələsində isə İsrailin "Makkabi" (Tel-Əviv) klubuna uduzduq. Amma bu matçlarda yaxşı oynamışdıq və mərhələ keçə bilərdik. İki qarşılaşmadakı statistikamıza nəzər salsaq, çox yaxşı iş ortaya qoyduğumuzu görə bilərik".

Müdafiəçi Azərbaycan futbolunu Yunanıstandakı ilə müqayisə edib: "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsində Fransanın "Nant" komandasına 3:0 hesabı ilə qalib gəldiyini gördünüz. Biz ötən il Çempionlar Liqasının II təsnifat mərhələsində "Olimpiakos"la oynayan "Neftçi"ni iki dəfə məğlub etmişdik. Burada futbol üslubunda Yunanıstanla müqayisədə xüsusi fərq yoxdur".

Qeyd edək ki, Dmitrios Çantakias 2020-ci ilin sentyabrından "Zirə"də çıxış edir.

Futbol Futbol
Çempionlar Liqası: "Qarabağ"ın pley-off oyunlarının təqvimi açıqlanıb

Çempionlar Liqası: "Qarabağ"ın pley-off oyunlarının təqvimi açıqlanıb

Futbol Futbol
PSJ Messi ilə müqaviləni uzatmağı planlaşdırır

PSJ Messi ilə müqaviləni uzatmağı planlaşdırır

Futbol Futbol
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç medal qazanıb

Futbol Futbol
Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti: "Məqsədimiz Bakıda çempion olmaqdır"

Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti: "Məqsədimiz Bakıda çempion olmaqdır"

Futbol Futbol
UEFA reytinqi: Azərbaycan daha yarım xal qazanıb, Türkiyə ilk “10-luğ”a daxil olub

UEFA reytinqi: Azərbaycan daha yarım xal qazanıb, Türkiyə ilk “10-luğ”a daxil olub

Futbol Futbol
Musa Qurbanlı Polşa klubuna keçə bilər

Musa Qurbanlı Polşa klubuna keçə bilər

Futbol Futbol
PSJ 12 ildən sonra səfərdə "Marsel"ə məğlub olub

PSJ 12 ildən sonra səfərdə "Marsel"ə məğlub olub

Futbol Futbol
Konfrans Liqası: 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulub – YENİLƏNİB

Konfrans Liqası: 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulub – YENİLƏNİB

Futbol Futbol
Azərbaycanın U-21 millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb - SİYAHI

Azərbaycanın U-21 millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb - SİYAHI

Futbol Futbol
"Barselona"nın qapıçısı Kasilyasın nailiyyətini təkrarlayıb

"Barselona"nın qapıçısı Kasilyasın nailiyyətini təkrarlayıb

Futbol Futbol
“İnter Mayami” futbol klubu Messi ilə müqavilə imzalayıb

“İnter Mayami” futbol klubu Messi ilə müqavilə imzalayıb

Futbol Futbol
"Beşiktaş" futbolçusunu Qətər klubuna satıb

"Beşiktaş" futbolçusunu Qətər klubuna satıb