Ukrayna bu il Niderlanddan “F-16” qırıcıları alacaq

Ukrayna bu il Niderlanddan “F-16” qırıcıları alacaq

Ukrayna bu il Niderlanddan “F-16” qırıcıları alacaq, lakin dəqiq çatdırılma tarixi açıqlanmayıb.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Niderlanddakı səfiri Aleksandr Karaşeviç “Ukrinform”a müsahibəsində bildirib.

“Həqiqətən də xanım Ollonqren (Niderlandın müdafiə naziri - Qeyd) bu yaxınlarda qeyd edib ki, Ukrayna bu il Niderlanddan “F-16” qırıcıları alacaq. Biz Niderlanddan qırıcıların Ukraynaya nə vaxt təhvil veriləcəyini dəqiq bilirik, lakin təbii ki, bunu dilə gətirməyəcəyik”, - Karaseviç bildirib.