ABŞ Rusiyadan bəzi almazların idxalını qadağan edəcək

ABŞ Rusiyadan bəzi almazların idxalını qadağan edəcək

Amerika hakimiyyət orqanları çəkisi 1 karat və ya daha çox, başqa yerdə emal edilib-edilməməsindən asılı olmayaraq, 0,5 karat və ya daha çox çəkisi olan qeyri-sənaye almazlarının Rusiyadan ölkəyə idxalını qadağan edəcək.

“Birxeber.Az” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Məhdudiyyətlər 2024-cü il martın 1-dən çəkisi 1 karat və ya daha çox olan qeyri-sənaye almazlarına, 2024-cü il sentyabrın 1-dən isə çəkisi 0,5 karat və ya daha çox olan qeyri-sənaye almazlarına şamil ediləcək.