Umud Mirzəyev: "Seçki prosesi zamanı nəticələrə təsir edəcək pozuntu aşkarlanmayıb"

Umud Mirzəyev: "Seçki prosesi zamanı nəticələrə təsir edəcək pozuntu aşkarlanmayıb"

Seçki prosesi zamanı seçkilərin nəticələrinə təsir edəcək heç bir qayda pozuntusu aşkarlanmayıb.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev BAMF-nin seçkilərdə müşahidəçilik missiyasının yekunlarına dair açıqlamasında deyib.

O bildirib ki, müşahidəçilərin qeydlərinə əsasən, seçki prosesi son dərəcə şəffaf və obyektiv şəkildə keçirilib: "Həm müşahidəçilərin, həm də medianın fəaliyyətinə lazımi şərait yaradılıb və hər şey göz önündə olub. Məntəqələrin açılışı, seçkinin yekunlaşması və səslərin hesablanması prosesləri müşahidəçilər tərəfindən rahatlıqla izlənilib. Yalnız bir məntəqədə müşahidəçilər üçün ayrılan yerlər seçki qutuları və səsvermə prosesindən xeyli aralıda yerləşib".

BAMF prezidenti qeyd edib ki, seçkilər son dərəcə ədalətli təşkil edilib və əvvəlki seçkilərdən fərqli olaraq seçki pozuntuları minimum səviyyədə olub: "Müşahidəçilərin qeydlərinə əsasən, yalnız kiçik və seçki prosesinə təsir etməyən yanlışlıqlara yol verilib. Seçkinin ilk dəqiqələrindən etibarən seçicilər arasında əsasən qadınların və yaşlı təbəqənin fəal iştirakı müşahidə olunub. Müşahidəçilərimiz tərəfindən ümumi olaraq Mərkəzi Seçki Komissiyasının fəaliyyəti, seçki hazırlığı və təşkilatçılığı yüksək qiymətləndirilir. Xüsusən, qanun pozuntularının əvvəlki illərə nisbətən minimuma endirilməsi əsas qeyd olunmalı məqamlardandır".