Argentina millisinin əfsanəvi azarkeşi dünyasını dəyişib

Argentina millisinin əfsanəvi azarkeşi dünyasını dəyişib

Argentina millisinin əfsanəvi azarkeşi Karlos Paskual dünyasını dəyişib.

"Report" xəbər verir ki, o, 84 yaşında vəfat edib.

Paskual 1974-cü ildən etibarən ardıcıl 13 dünya çempionatının final mərhələsinin iştirakçısı olub. Ötən il isə FIFA-nın “Ən yaxşı FIFA azarkeşi” mükafatına layiq görülüb.