Əlcəzairdə helikopter qəzaya uğrayıb, ölənlər var

Əlcəzairdə helikopter qəzaya uğrayıb, ölənlər var

Əlcəzair Hərbi Hava Qüvvələrinə məxsus hərbi helikopter ölkənin mərkəzi hissəsində qəzaya uğrayıb, 3 ekipaj üzvü həlak olub.

“Report” xəbər verir ki, bu barədə APS xəbər agentliyi Əlcəzair Prezident Admistrasiyasına istinadən məlumat yayıb.

“2024-cü il fevralın 7-də axşam planlaşdırılmış gecə təlimi zamanı Hərbi Hava Qüvvələri Komandanlığının hərbi vertolyotu Əl-Maniyə hava limanının yaxınlığında qəzaya uğrayıb”, - qeyd edilib.

Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.