AMADA-nın sifarişi ilə 2023-cü ildə Azərbaycandan kənarda 58 idmançıdan test nümunəsi götürülüb

AMADA-nın sifarişi ilə 2023-cü ildə Azərbaycandan kənarda 58 idmançıdan test nümunəsi götürülüb

2023-cü ildə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) sifarişi ilə ölkədən kənarda Azərbaycanın 58 idmançısından test nümunəsi götürülüb.

“Birxeber.Az” AMADA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə və Rusiyanın hər birində 17, Avstriyada 12, Bolqarıstanda 8, Yaponiyada isə 4 idmançı antidopinq testindən keçib.

Testetmə AMADA-nın həmin ölkələrin milli antidopinq təşkilatları ilə mövcud əməkdaşlığı çərçivəsində təşkil olunub.

Qeyd edək ki, 2023-cü ildə AMADA 282 beynəlxalq sifariş əsasında test həyata keçirib.