Koalisiya: "Azad edilmiş ərazilərdə məntəqələr önündə çoxsaylı sıralar müşahidə edilib"

Koalisiya: "Azad edilmiş ərazilərdə məntəqələr önündə çoxsaylı sıralar müşahidə edilib"

İşğaldan azad edilmiş ərazilərdə seçki günü məntəqələr önündə çoxsaylı sıralar müşahidə edilib.

"Report" xəbər verir ki, bu barədə "Mənim səsim" Seçki Monitorinq Koalisiyası"nın seçkiləri müşahidə nəticələrinə dair brifinqində "İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi" İctimai Birliyinin sədri Səidə Qocamanlı deyib.

O bildirib ki, Koalisiyanın müşahidəçiləri Qarabağ və Şərqi Zəngəzurda da seçkiləri müşahidə edib, Xankəndi, Şuşa, Xocalı, Ağdərə, Ağdam, Füzuli, Xocavənd, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçında seçki məntəqələrində olublar: “Mənim səsim” Seçki Monitorinq Koalisiyası seçkilərdən sonra da monitorinqini davam edir. İndi biz monitorinqimizin seçkidən əvvəl və seçki günündən sonrakı yekun - III fazasına daxil olmuşuq. Hazırda seçkilərlə bağlı yekun hesabat üzərində işləyirik, seçki prosesi tam başa çatandan sonra yekun hesabat da ictimaiyyətə açıqlanacaq".