Özbəkistanlı deputat: “Azərbaycanda beynəlxalq müşahidəçilər üçün hər cür şərait yaradılıb”

Özbəkistanlı deputat: “Azərbaycanda beynəlxalq müşahidəçilər üçün hər cür şərait yaradılıb”

Azərbaycanda seçkilərin monitorinqi zamanı beynəlxalq müşahidəçilər üçün hər cür şərait yaradılıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Özbəkistan parlamenti Senat Komitəsinin sədri Odiljon İminov Azərbaycanda keçirilən seçkilərin monitorinqinin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, digər ölkələrin parlamentariləri ilə birgə Şuşa şəhərinə səfər edib: “Səsvermə prosesi bütün qaydalara uyğun təşkil olunub. Gənc seçicilərin həvəsləri xüsusilə diqqət çəkib”.

Özbəkistanlı deputatın sözlərinə görə, seçki məntəqələrində veb-kameraların olması müşahidəçilərin işini xeyli asanlaşdırıb: “Seçki prosesini işıqlandırmaq istəyən KİV nümayəndələri üçün hər cür şərait yaradılıb. Seçkilər çox şəffaf keçirilib, heç kim komissiya üzvlərinin işinə mane olmayıb”.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.