TDT Bakı, Şuşa və Xankəndidə seçki prosesindəki müşahidənin nəticələrini açıqlayıb

TDT Bakı, Şuşa və Xankəndidə seçki prosesindəki müşahidənin nəticələrini açıqlayıb

Türk Dövlətləri Təşkilatının (TDT) müşahidəçilərdən ibarət missiyası üzv dövlətlərin nümayəndələrindən və təşkilatın üzvlərindən ibarət olub. Təşkilat növbədənkənar prezident seçkilərində müşahidəçilik missiyasını beynəlxalq standartlara və qanunlara uyğun şəkildə uğurla başa vurub.

"Birxeber.Az"un məlumatına görə bununla bağlı Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın 8-də keçirdiyi mətbuat konfransında danışıb.
O qeyd edib ki, TDT müşahidəçiləri seçkilərdən öncə Prezident İlham Əliyev və Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşlər keçirib:

"Seçki günü isə müşahidəçi missiya 3 qrupa bölünüb. Bakıda, Şuşada və Xankəndində səsvmervə prosesi müşahidə olunub".