Şamil Ayrım: Azərbaycanda seçkilər tam şəffaf keçirilib

Şamil Ayrım: Azərbaycanda seçkilər tam şəffaf keçirilib

2-3 gündür Azərbaycandayıq. Azərbaycan xalqı 7 il onları idarə edəcək prezidenti seçmək üçün seçkiyə getdi.

APA xəbər verir ki, bunu Türkiyə parlamentinin nümayəndələri heyətinin rəhbəri Şamil Ayrım 7 fevral Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərlə bağlı danışarkən deyib.

O bildirib ki, ilk dəfə azad olunmuş ərazilərində seçki keçirib:

"Seçicilərin çox hissəsi Ali Baş Komandan İlham Əliyevə səs verdi. Onlar ölkədə bundan sonra həyata keçiriləcək vacib işlərin qarşısını açdılar. Seçkilərdən bir qədər əvvəl xarici qüvvələr bəzi "hesabat"lar hazırladılar ki, burada seçki demokratik keçirilməyəcək. Bizim nümayəndə heyəti bunu heç cür qəbul etmir, tamamilə rədd edirik.

Azərbaycan 30 ildir müstəqil şəkildə siyasət aparır. Azərbaycanda seçkilər tam şəffaf keçirilib. Biz Azərbaycanın həmişə yanında olacağıq. Azərbaycanın sabitlik içində olması heç kimi narahat etməməlidir. Biz istəyirik, regiondan olan 6 ölkə arasında normal münasibətlər olsun. Uzun illərdir bu coğrafiyada ancaq qan töküldü. Biz bunu istəmirik. İnşallah İlham Əliyev Azərbaycan xalqından aldığı dəstəklə ölkəni daha da inkişaf etdirəcək".