Rusiyalı deputat: “Azərbaycanda seçkilər şəffaf keçirilib”

Rusiyalı deputat: “Azərbaycanda seçkilər şəffaf keçirilib”

Azərbaycanda növbədənkənar prezident seçkiləri rəqabətli olub və şəffaf keçib.

“Birxeber.Az” xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov Azərbaycanda keçirilən prezident seçkilərinin monitorinqinin yekunlarına dair mətbuat konfransında deyib.

“Hər şey yüz faiz həyata keçirilib. Bu seçkiləri üç sözlə ifadə edə bilərəm: mübarizə, rəqabət, şəffaflıq. Hər üç şərt yüz faiz yerinə yetirilib. Yalnız qərəzli insan bunun əksini söyləyə bilər”, - o vurğulayıb.