Rusiyalı deputat: “Azərbaycanda gənclər gələcəklərinə səs veriblər”

Rusiyalı deputat: “Azərbaycanda gənclər gələcəklərinə səs veriblər”

Azərbaycanda keçirilən seçkilər təşkilatçılıq və seçicilərin əhval-ruhiyyəsi baxımından müsbət mənada seçilib, gənclər səsvermədə fəal iştirak ediblər.

“Birxeber.Az” xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa Azərbaycanda keçirilən prezident seçkilərinin monitorinqinin yekunlarına dair mətbuat konfransında deyib.

“Bu seçkilər müxtəlif ölkə və qitələrdə keçirilən bir çox seçkilərdən fərqlənirdi - ilk növbədə təşkilatçılıq, nizam-intizam, seçicilərin əhval-ruhiyyəsi baxımından. Hazırda əksər ölkələrdə gənclərin seçkiyə getməyə o qədər də hazır olmaması ilə bağlı problemlər var. Azərbaycanda çox sayda seçici ilə ünsiyyət qurdum. Mən belə qənaətə gəldim ki, gənclər özlərinə, gələcəklərinə, yaşadıqları ölkənin gələcəyinə səs veriblər”, - o vurğulayıb.