Bosniyalı deputatlar: Seçkilər demokratik və ədalətli mühitdə keçirildi

Bosniyalı deputatlar: Seçkilər demokratik və ədalətli mühitdə keçirildi

“Mən seçkinin belə sülh, əmin-amanlıq içində keçirilməsinə görə mütəəssir oldum”.

Birxeber.Az xəbər verir ki, bunu 7 fevral Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisini müşahidə etmiş Bosniya və Herseqovina Nümayəndələr Palatasının deputatı Cemal Smajik yerli media üçün açıqlamasında deyib.

O bildirib ki, seçkilər insidentsiz baş tutub, plüralist atmosfer nümayiş olunub, beynəlxalq seçki meyarlarına əməl olunub:

“Seçkilər demokratik və ədalətli mühitdə keçirildi. Azərbaycanla bağlı müsbət təəssüratla ayrılacağıq. Fürsətdən istifadə edərək seçilmiş Prezident İlham Əliyevi təbrik edir və inanıram ki, ölkələrimiz arasında dost münasibətlər gələcəkdə də davam edəcək".

Digər deputat Milorad Kojik deyib ki, o, MSK-nın fəaliyyətini yüksək qiymətləndirir.

O, yüksək səviyyədə təşkilatçılığın olduğunu qeyd edərək, inzibati qurumların seçki prosesinə yaxşı hazırlaşdığını, lazımi resurslarla təmin olunduğunu qeyd edib.

Deputat Kojik qeyd edib ki, seçkinin texniki tərəfi də yüksək səviyyədə idi:

“Beynəlxalq müşahidəçilər üçün hüquqi və logistik dəstək də ən yüksək səviyyədə idi. Sonda bir daha qeyd etmək istəyirəm ki, prezident seçkisi beynəlxalq standartlara və Azərbaycan qanunvericiliyinə uyğun şəkildə həyata keçirilib. Prezident İlham Əliyevi təbrik edir, ölkələrimiz arasında dostyana və səmimi münasibətlərin gələcəkdə də inkişafına ümid edirəm”.