Xankəndidə xeyli silah-sursat aşkarlanıb

Xankəndidə xeyli silah-sursat aşkarlanıb

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.

Birxeber.Az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 6-da və 7-də Xankəndi şəhəri ərazisində 3 ədəd avtomat silahı, 3 ədəd qumbara, 1 ədəd alışdırıcı, 39 ədəd patron darağı, 1576 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.