İspaniyada etirazların ikinci günündə fermerlər saxlanılıb

İspaniyada etirazların ikinci günündə fermerlər saxlanılıb

İspaniya təhlükəsizlik qüvvələri fermerlərin ikinci gün etirazları çərçivəsində 12 nəfəri saxlayıb.

"Report"un məlumatına görə, bu barədə "El Pais" qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, onlardan altısı Qranada, biri Leon əyalətlərində, digəri isə Navarrada saxlanılıb. Qalan dörd saxlanılan haqqında hələ məlumat yoxdur. Bundan başqa, etirazlar nəticəsində 733 inzibati işin başlandığı bildirilir.

İspan fermerlər Avropanın kənd təsərrüfatı sektorundakı böhrana etiraz olaraq növbəti dəfə traktorlarla ölkəboyu yolları bağlayıblar. Ardıcıl ikinci gündür davam edən oxşar etirazların fevral ayı boyunca davam edəcəyi gözlənilir.