Məzahir Pənahov: “Müşahidəçilər seçici aktivliyinin görünməmiş səviyyədə olduğunu bildirirlər”

Məzahir Pənahov: “Müşahidəçilər seçici aktivliyinin görünməmiş səviyyədə olduğunu bildirirlər”

Müşahidəçilər bildirirlər ki, seçicilərin aktivliyi görünməmiş səviyyədədir. Azərbaycan vətəndaşları seçkilərdə çox böyük ruh yüksəkliyi ilə iştirak edib.

“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov media nümayəndələri üçün rəhbərlik etdiyi qurumun təşkil etdiyi mətbusat konfransında deyib.

M.Pənahov qeyd edib ki, ötən seçkilərlə müqayisədə bu seçkilərdə 1 milyondan çox seçici iştirak edib və bu da çox yaxşı nəticədir.

Onun sözlərinə görə, hər hansı qüsürlar olubsa, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq araşdırılacaq: “MSK-ya daxil olan müraciətlər ətraflı araşdırılmalıdır. Ondan sonra isə öz fikrimizi ictimaiyyətə açıqlayacağıq”.

“Müşahidəçilər bildirirlər ki, seçicilərin aktivliyi görünməmiş səviyyədədir. Azərbaycan vətəndaşları çox böyük ruh yüksəkliyi ilə seçkilərdə iştirak edib”, - M.Pənahov vurğulayıb.