Şəhid Xudayarın anası: "Bütün şəhid ailələri daim Prezident İlham Əliyevin diqqət mərkəzində olub"

Şəhid Xudayarın anası: "Bütün şəhid ailələri daim Prezident İlham Əliyevin diqqət mərkəzində olub"

"Bizim dövlətimiz gündən-günə inkişaf edir, möhkəmlənir və qüdrətlənir. Biz şəhid ailələri bunu gördükcə böyük qürur hissi keçiririk".

"Birxeber.Az" xəbər verir ki, bunu şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova Dənizkənarı Milli Parkda Prezident İlham Əliyevə dəstək yürüşündə deyib.

Onun sözlərinə görə, bütün şəhid ailələri Prezident İlham Əliyevin daim diqqət mərkəzində olub:

"Deyirlər, dərdin kiçiyi, böyüyü olmur. Amma elə deyil, dərdin ən böyüyü Vətən, torpaq, azadlıq dərdidir. Bu dərdin sağalması yolunda bizim balalarımız şəhid oldular. Vətən yaşasın deyə onlar düşmənə qaya kimi sipər oldular, dağ kimi dayandılar. Xalqımız çox vətənpərvər, qəhrəman bir xalqdır. Bu xalqın əli silah tutan hər bir nümayəndəsi şəhidlərin yolunu davam etdirməyə, Vətənimizi qorumağa hazırdır. Bizim seçimimiz müzəffər Ali Baş Komandan İlham Əliyevdir".