Pakistanda terror aktlarında ən azı 20 nəfər ölüb

Pakistanda terror aktlarında ən azı 20 nəfər ölüb

Pakistanda terror aktlarında ən azı 20 nəfər ölüb.

Birxeber.Az BBC-yə istinadən xəbər verir ki, Pakistanın Bəlucistan əyalətində parlament seçkiləri ərəfəsində baş verən iki partlayış nəticəsində azı 20 nəfər ölüb.

Bildirilib ki, Pişin rayonunda müstəqil namizədin partiya ofisinin qarşısında ilk partlayışda 12 nəfər həlak olub.

İkinci partlayış təxminən 150 km uzaqlıqdakı Qillah Saif Ullah rayonunda 8 nəfərin ölümünə səbəb olub.

Hər iki partlayış nəticəsində çox sayda insan yaralanıb.