İtaliya parlamentinin nümayəndəsi: Ölkəmizlə müqayisədə Azərbaycanda seçki fəallığı daha yüksəkdir

İtaliya parlamentinin nümayəndəsi: Ölkəmizlə müqayisədə Azərbaycanda seçki fəallığı daha yüksəkdir

İlk dəfədir ki, Azərbaycandayam. Bu saatadək olduğumuz məntəqələrdə seçkilərin şəffaf keçdiyini müşahidə etmişik.

Birxeber.Az xəbər verir ki, bunu İtaliya parlamentinin nümayəndəsi Cayada Salvador Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə əlaqədar danışarkən deyib.

O qeyd edib ki, İtaliya ilə müqayisədə Azərbaycanda seçki fəallığı daha yüksəkdir.

"Bu, çox sevindiricidir. Bu saatadək artıq 9 məntəqədə müşahidə aparmışıq, hər hansı pozuntu və qanunsuzluq qeydə alınmayıb", - deyə o əlavə edib.