Pakistanda iki partlayış nəticəsində 25 nəfər ölüb - YENİLƏNİB-2

Pakistanda iki partlayış nəticəsində 25 nəfər ölüb - YENİLƏNİB-2

Pakistanın Bəlucistan əyalətində iki partlayış baş verib, 25 nəfər ölüb.

“Birxeber.Az” yerli mətbuata istinadən xəbər verir ki, yaralananların sayı 40 nəfəri keçib.

Xatırladaq ki, fevralın 7-də Pakistanda parlament seçkiləri keçiriləcək və bundan sonra yeni hökumət formalaşacaq.

12:55

Pakistanın cənub-qərbində siyasi partiyanın qərargahı yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı 12-yə çatıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, zərərçəkənlərin sayı 30 nəfəri keçib.

12:07

Pakistanın cənub-qərbində siyasi partiyanın qərargahı yaxınlığında partlayış baş verib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Qeyd edilib ki, partlayış nəticəsində 8 nəfər həlak olub.