MDB müşahidəçiləri Balakən və Zaqatalada seçkiləri izləyir - FOTO

MDB müşahidəçiləri Balakən və Zaqatalada seçkiləri izləyir - FOTO

MDB müşahidə missiyasının üzvləri şimal-qərb bölgəsində növbədənkənar prezident seçkilərini izləyirlər.

Birxeber.Az-nın Şimal-qərb bürosunun məlumatına görə, bölgə üzrə 111 və 112 saylı dairə seçki komisiyası fəaliyyət göstərir. İki DSK-nın 81 məntəqəsi var və 88 min 354 seçici qeydə alınıb. Ümumilikdə 13 məntəqədə veb-kamera quraşdırılıb. 2500-ə yaxın seçici ilk dəfə səs vermək hüququndan istifadə edir. Ən yaşlı seçicinin 98 yaşı var.

Seçkiləri yerli müşahidəçilərlə yanaşı xarici müşahidəçilər də izləyir. MDB müşahidə misyasının tərkibində seçkiləri izləmək üçün ölkəmizə gəlmiş Rusyadan olan Məhəmməd Məhəmmədov və Şamil Ammayev Birxeber.Az-nın yerli bürosunu bildiriblər ki, onlara seçkiləri izləmək üçün bütün şərait yaradılıb. Onlar səhər 8-dən seçkiləri Balakən rayonu ərazisindən izləməyə başlayıblar: “Hazırda biz Zaqatalada müaşahidə aparırıq. Seçki tam şəffaf keçirilir, indiyə kimi heç bir qanun pozuntusuna rast gəlməmişik”.