Beynəlxalq müşahidəçi: Moskvadakı səfirlikdə təşkil olunmuş seçki məntəqələri beynəlxalq standartlara cavab verir

Beynəlxalq müşahidəçi: Moskvadakı səfirlikdə təşkil olunmuş seçki məntəqələri beynəlxalq standartlara cavab verir

Azərbaycanın Moskvadakı səfirliyində təşkil olunmuş seçki məntəqələri bütün beynəlxalq standartlara cavab verir.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, xəbər verir ki, bunu Azərbaycanda keçirilən prezident seçkilərinin beynəlxalq müşahidəçisi Şabdanbek Alışev Moskvada səsvermə prosesini izlədikdən sonra jurnalistlərə açıqlamasında deyib.

“Mən Azərbaycanın Moskvadakı səfirliyində təşkil olunmuş iki seçki məntəqəsində oldum. Məntəqələr texniki cəhətdən yaxşı təchiz olunub və bütün beynəlxalq standartlara cavab verir. İnsanlar kifayət qədər aktivdirlər”, - deyə o bildirib.

Ş. Alışev əlavə edib ki, MDB Parlamentlərarası Assambleyasından qurumun 38 nümayəndəsi Azərbaycanda və dünyanın 10 ölkəsində prezident seçkilərini müşahidə edir.

"MDB PA-ya daxil olan məlumata görə, bütün seçki məntəqələrində səsvermənin təşkili qanunvericiliklə müəyyən edilmiş standartlara uyğundur", - o deyib.