Prezidentliyə namizəd Zahid Oruc: 7 fevral tarixini 8 noyabrın, 20 sentyabrın davamı hesab edirəm

Prezidentliyə namizəd Zahid Oruc: 7 fevral tarixini 8 noyabrın, 20 sentyabrın davamı hesab edirəm

Məntəqədəki aktivlik ölkədəki mənzərənin göstəricisidir.

APA" xəbər verir ki, o, bunu jurnalistlərə açıqlamasında prezidentliyə namizəd Zahid Oruc deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqının daxilində, varlığında ən çox oyanan hiss o ruhdur ki, bütövlüyümüzə qovuşmuşuq və gedib məntəqədə bunu ifadə etməliyik: "Hesab edirəm ki, 20% yükdən azad olmaq təkcə coğrafi bütövlüyü yox, həm də vətəndaş bütövlüyünü yaradıb".

O bildirib ki, 7 fevraldan sonra yeni gündəlik formalaşır: "30 il ərzində bizə iradəmizdən kənarda milli gündəlik diqtə olunmuşdu. Seçkilərdən sonra mən hesab edirəm ki, Azərbaycana olan beynəlxalq təzyiqlər azalacaq və ya bitəcək. Hansısa standartı Avropa ilə müqayisə edəndə görməyən qüvvələr belə millətin məntəqələrdəki bugünkü iradəsini görüb qiymətləndirəcəklər. Görəcəklər ki, bu xalqın iradəsidir. Millətin mövqeyi olan yerdə kimin qalib gəlməsindən asılır olmayaraq hamı qalib olacaq. Azərbaycanda seçkilərin nisbətən önə çəkilməsinin milli dövlət əhəmiyyəti, təhlükəsiz əhəmiyyəti var. Millətimiz sülhü gözləyir. Seçkilər sülh müqaviləsinin imzalanmasına da müsbət təsir edəcək. 7 fevral tarixini 8 noyabrın, 20 sentyabrın davamı hesab edirəm".