Blinken: ABŞ Yaxın Şərqdəki zərbələrini dayandırmaq niyyətində deyil

Blinken: ABŞ Yaxın Şərqdəki zərbələrini dayandırmaq niyyətində deyil

ABŞ Yaxın Şərqdəki zərbələrinə son qoymaq niyyətində deyil.

“Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Dohada hökumət başçısı, Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə birgə mətbuat konfransında deyib.

Xatırladaq ki, Blinkenin Yaxın Şərq turnesi Səudiyyə Ərəbistanı, Misir, Qətər, İsrail və İordan çayının qərb sahilini əhatə edir. Səfərlər fevralın 8-dək davam edəcək.