Hakan Fidan: “Taxıl sazişi yenidən həyata keçirilməlidir”

Hakan Fidan: “Taxıl sazişi yenidən həyata keçirilməlidir”

“Taxıl sazişi yenidən həyata keçirilməlidir”.

Birxeber.Az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Maltada həmkarı ilə birlikdə mətbuat konfransı zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

O qeyd edib ki, həm Ukrayna, həm də Rusiya taxılının dünya bazarlarına təhlüksəsiz şəkildə çıxarılması lazımdır. Türkiyəli nazir, həmçinin ölkəsinin Ukraynanın ərazi bütövlüyünü hər zaman dəstəkləyəcəyini də vurğulayıb.