Güclü külək Sumqayıtda körpünün qoruyucu çəpərlərini uçurub - FOTO

Güclü külək Sumqayıtda körpünün qoruyucu çəpərlərini uçurub - FOTO

Güclü külək Sumqayıt şəhəri ilə Saray qəsəbəsi arasındakı körpünün qoruyucu çəpərlərini uçurub.

APA-nın yerli bürosu xəbər verir ki, ötən gündən başlayan küləyin güclənməsi nəticəsində Sumqayıtla Sarayı birləşdirən körpünün qoruyucu çəpərləri uçub.

Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib ki, hadisə baş verən ərazidə qəza şəraiti yaradan uşmuş çəpərlər götürülüb, külək kəsdikdən sonra qoruyucu çəpərlər bərpa olunacaq.