Moskvada ticarət mərkəzində yanğın baş verib

Moskvada ticarət mərkəzində yanğın baş verib

Moskvada "Rivera" Ticarət Mərkəzində yanğın baş verib.

Birxeber.Az-nın Rusiya bürosu xəbər verir ki, paytaxtın Danilovski rayonunda yerləşən ticarət mərkəzində yanğın binanın birinci mərtəbəsindən üçüncü mərtəbəsinə kimi fasad hissəni əhatə edib.

Hazırda ticarət mərkəzindən ziyarətçilərin və əməkdaşların təxliyəsi həyata keçirilir. Zərərçəkənlər barədə məlumat verilməyib.