BMT: UNRWA-a qarşı irəli sürülən iddiaların araşdırmaq üçün nəzarət qrupu yaradılıb

BMT: UNRWA-a qarşı irəli sürülən iddiaların araşdırmaq üçün nəzarət qrupu yaradılıb

BMT Baş katibi Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) 12 əməkdaşına qarşı irəli sürülən iddiaları araşdırmaq üçün müstəqil nəzarət qrupunun yaradılması ilə bağlı qərar qəbul edib.

"Birxeber.Az"un ABŞ bürosu xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik mətbuat konfransında deyib.

Sözçü bildirib ki, Baş katib UNRWA-nın Baş Komissarı Filip Lazzarini ilə məsləhətləşərək, Agentliyin neytrallığı təmin etmək və ciddi pozuntularla bağlı iddialara aydınlıq gətirilməsi üçün araşdırma qrupu təyin edib.

O, vurğulayıb ki, qrupa Fransanın keçmiş xarici işlər naziri Ketrin Kolonna rəhbərlik edəcək və nəzarət qrupu öz işinə 14 fevralda başlayacaq.

Qrupun martın sonunda Baş katibə araşdırmaların nəticələrinə dair ilkin hesabat təqdim edəcəyi gözlənilir. Yekun hesabatın isə aprelin sonunda tamamlanacağı nəzərdə tutulur.

Qeyd edək ki, UNRWA-nın 12 əməkdaşının oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı törətdiyi terror hücumlarında iştirakda ittiham olunur. BMT Baş Assambleyasının 8 dekabr 1949-cu il tarixli qətnaməsi ilə fələstinli qaçqınlar yardım üçün yaradılan UNRWA-nın bölgədə 13 min əməkdaşı var. Son bir neçə ayda agentliyin maliyyələşdirilməsi 17 ölkə tərəfindən dayandırılıb və ianələr azaldığı halda qurumun fəaliyyəti yaxın gələcəkdə dayandırıla bilər.